"Respublikada baş tutacaq növbədənkənar prezident seçkisində namizədlərin sayının çox olması təbii haldır. Ölkədə partiyaların sayı çox olunca namizədləri də çox olur".
Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri Azər Qasımov prezidentliyə namizədlərin çox olmasının seçki mübarizəsinin gərgin atmosferdə keçib-keçməyəcəyi münasibət bildirərkən səsləndirib. Bildirib ki, bu baxımdan təəccüblü və qeyri-adi bir şey yoxdur:
"Hesab edirəm ki, bu, seçkinin daha maraqlı və seçki mübarizəsi şəraitində keçəcəyini göstərir. Əsas namizəd hesab olunan şəxsin bu seçki rəqabətində digər namizədlərdən daha fərqli vədlər verməsi olacaq. Bu seçicilər üçün seçkinin cəlbediciliyini fərqləndirən əsas xüsusiyyət hesab edilir. Xalq eyni vədləri verən namizədlərə hesab edirəm ki, maraq göstərməyəcək. Odur ki, seçkidə bu fərqliliyi təmin edən namizəd qalib olacaq".
Anar Əliyev