Azzərbaycan Milli İstiqlal Partiyasının sabiq sədri, politoloq Yusif Bağırzadə də 2024-cü il, fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində mübarizə aparacaq.
Bu barədə məlumatı Newscenter.az-a Yusif Bağırzadə verib. O bildirib ki, 7 Fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkilərinin ilk dəfə olaraq Respublikamızın bütün ərazisində keçiriləcəyini və bu seçkilərin ölkəmiz və regionumuz üçün olduqca əhəmiyyətli dövrə təsadüf etdiyini nəzərə alaraq Prezident seçkilərində iştirak haqqında qərar qəbul edib:
"44 günlük Vətən savaşı və suverenliyimizin bərpasından sonra yaranmış yeni reallıqlar hər kəsdən bu seçkilərdə fəal olmağı tələb edir. Əminəm ki, 7 fevral seçkiləri mühüm siyasi hadisə olmaqla yanaşı həm də Azərbaycan tarixində yeni bir səhifənin başlanğıcı olacaq. Namizədliyimi öz təşəbüsümlə irəli sürürəm və hər kəsi bu seçkilərdə fəal iştiraka çağırıram",-deyə o, bildirib.
S.İsmayılbəyli