Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən il ərzində 24 363 müəllimi əhatə edən təlimlər keçirilib.
Newscenter.az xəbər verir ki, təlimlər fənlər üzrə elektron tədris resurslarının hazırlanması, müasir tədris modelləri, məktəbdaxili monitorinqlərin təşkili, şagirdlərin sosial emosional sağlamlığı və təhlükəsizliyi, istedadlı şagirdlərlə işin təşkili, şagirdlərdə yaradıcı təfəkkürün inkişafı, problem həllinə kreativ yanaşma, inklüziv sinifdə təlimin təşkili metodikası, uşaq psixologiyasının əsasları, sinfin idarə olunması, İKT vasitəsilə kommunikasiya, beynəlxalq öyrənmə platformalarından istifadə üzrə bacarıqların formalaşdırılması və digər mövzulara həsr olunub, həmçinin fənn müəllimlərini əhatə edən ixtisasartırma və metodiki seminarlar baş tutub.
Eyni zamanda BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, müəllim, kitabxana müdiri, metodbirləşmə rəhbəri, psixoloq, məktəbəqədər müəssisə rəhbəri, hərbi rəhbər və metodistlər üçün seminar, təlim və ustad dərsləri keçirilib.
R.Mehdiyeva