BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Newscenter.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm.
BP şirkəti olaraq biz Azərbaycanda dünya miqyaslı enerji layihələrinin əməliyyatçısı olmaqdan qürur duyuruq. Bu strateji enerji layihələrinin gerçəkləşməsi Sizin rəhbərliyiniz və daimi dəstəyiniz sayəsində mümkün olmuşdur.
Biz Azərbaycan hökuməti və SOCAR ilə səmərəli əməkdaşlığımızdan məmnunluq duyuruq və bu strateji tərəfdaşlığın uzun illər davam edəcəyinə əminik.
Bu xoş fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə də təbrik edirəm. Yeni ildə Sizə, yaxınlarınıza və Azərbaycan xalqına firavanlıq, sülh və rifah arzulayıram".
Sevinc Mehdiyeva