Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrükçülər tütün məmulatları və pirotexniki vasitələr aşkarlayıb

Gömrükçülər tütün məmulatları və pirotexniki vasitələr aşkarlayıb


Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Şirvan gömrük postunun əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində tütün məmulatları və pirotexniki vasitələrin realizə edilməsinin qarşısı alınıb.

Newscenter.az bu barədə Komitəyə istinadən xəbər verir.

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında Kürdəmir şəhərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin idarə etdiyi nəqliyyat vasitəsinin yük yerindən satış məqsədilə saxladığı və aksiz markası ilə markalanmayan, ümumilikdə 35 750 qutu tütün məmulatları aşkar olunub.

Bundan başqa Kürdəmir rayonu ərazisində yerləşən və həmin şəxsin istifadəsində olan ticarət obyektindən isə 28 adda 2665 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

R.Mehdiyeva
Xəbəri paylaş