Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, eləcə də rayon hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə növbəti səyyar qəbul rayonun Murya kəndində keçirilib.
Newscenter.az xəbər verir ki, qəbulda Livədirqə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Livədirqə, Əvilə, Qədimkücə, Mastail, Murya, Nüsomurya və Yuxarı Bilnə kəndlərinin sakinləri iştirak edib.
Vətəndaşlarla görüş zamanı onları narahat edən məsələlər, sıxıntı və problemləri ətraflı müzakirə edilib və yerində aidiyyəti qurumlara müvafiq tövsiyə və tapşırıqlar verilib.
Anar Əliyev