Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Şifahi xalq ədəbiyyatının öyrənilməsi" ilə bağlı ədəbi-bədii gecə keçirilib

"Şifahi xalq ədəbiyyatının öyrənilməsi" ilə bağlı ədəbi-bədii gecə keçirilib


Bakı şəhəri, 53 saylı məktəbdə "Şifahi xalq ədəbiyyatının öyrənilməsi" mövzusunda rus bölməsinin şagirdlərinin təqdimatında ədəbi-bədii gecə keçirilib.

Newscenter.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova 2023- 2024- cü tədris ilində rus bölməsində Azərbaycan dilinin inkişaf etdirilməsinin prioritet istiqamətlərindən və tədbirin əhəmiyyətindən danışıb.

Ədəbi gecədə çıxış edən məktəbin rus bölməsinin şagirdləri xalq nəğmələri, aşıq şeirləri, qəzəllər, bayatılar, yanıltmaclar, sanamalar, atalar sözləri, qoşmalar kimi ədəbiyyatın əsas janrlarlarından seçmələr təqdim etmiş, "Dədə Qorqud" dastanının müxtəlif epizodlarında yer alan Dədə Qorqud, Burla Xatun kimi obrazları canlandırılıb. Məktəbin xor kollektivinin ifasında xalq mahnıları dinlənilmiş, "Yallı", "Uzundərə" kimi milli rəqslər təqdim olunub.Tədbir məktəbin müəllimi Aygün Mehdiyevanın ifa etdiyi xalq mahnıları ilə yekunlaşıb.



Süleyman İsmayılbəyli
Xəbəri paylaş