Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar təhvil götürülüb

Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar təhvil götürülüb


Cəlilabad sakinlərindən qanunsuz saxladıqları odlu silahları təhvil götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 3 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş