Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diaaspor təşkilatları və fəalları prezident İlham Əliyevə təbrik ünvanladı

Diaaspor təşkilatları və fəalları prezident İlham Əliyevə təbrik ünvanladı


Dünyanın müxtəlif ölkələrində yaşayan, Azərbaycan dövlətini, dövlətçiliyini dəstəkləyən, milli ruhlu diaspor, lobbiçilik fəalliyyəti ilə məşğul olan təşkilatlar və fərdlər prezident İlham Əliyevə ad günü münasibətilə təbrik ünvanlayıb.

Newscenter.az-a daxil olan təbrik məktubunda qeyd edilir:

Zati-aliləri!

Müzəffər Ali Baş Komandan!

Cənab Prezident!


Biz dünyanın müxtəlif ölkələrində yaşayan, Azərbaycan dövlətini, dövlətçiliyini daim dəstəkləyən, milli ruhlu diaspor və lobbiçilik fəalliyyəti ilə məşğul olan təşkilatlar, fərdlər birləşərək Sizə doğum gününüz münasibəti ilə ən səmimi qəlbdən gələn təbrik və arzularımızı bildirmək istəyirik.

Cənab Ali Baş Komandan!


Biz vətəndən kənarda Sizin həm daxili, həm də xarici siyasətinizi böyük maraq və qürur hissi ilə izləyirik. Sizin uğurlu uzaqgörən strateji siyasətinizin və liderliyinizin nəticəsi olaraq Azərbaycanın regionda, eləcə də dünyada artan nüfuzunu izləməkdən böyük məmnuniyyət duyuruq, hər bir addımınızı qürurla dəstəkləməyi özümüzə şərəf və vəzifə borcu bilirik.

Ölkə daxilində, xüsusilə də Qarabağda rəhbərliyiniz altında həyata keçirdiyiniz uğurlu iqtisadi və sosial, inkişaf siyasətinizdə Sizi təqdir edirik. Erməni işğalı nəticəsində 30 ildir dağıdılmış Qarabağda həyata keçirdiyiniz güclü quruculuq və yenidənqurma işləri, eləcə də bərpa etdiyiniz tarixi abidələr, yeni salınan Ağıllı Yaşayış ərazilərinə illərdir ata-baba yurdundan didərgin düşmüş məcburi köçkünlərin geri dönüş layihələrini həyata keçirmək və bunun dünyaya
göstərilməsi çox qürurvericidir. Ölkəmizin tarixində açdığınız bu şanlı səhifə üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Siz bizim fəxrimiz və həyata motivasiya qaynağımızsınız. Bir Vətən sevdalısı olaraq hər zaman Sizi dəstəkləyir və yanınızdayıq.

Möhtərəm Prezident!

Sizə bu özəl gününüzdə firəvanlıq, xoşbəxtlik, sağlamlıq, uğur və böyük nailiyyətlər diləyirik. Ömür-gün yoldaşınız, çox sevdiyimiz Mehriban xanımla bərabər və ətrafınızdakı sevdiklərinizlə birlikdə sağlam və xoşbəxt bir həyat sürmənizi arzulayır, vətənədən uzaqda yaşayan soydaşlarımız adından Sizi təbrik edirik.

Sizə və ailənizə Uca Allahdan uzun ömür və cansağlığı diləyir, dövlətimizə və xalqımıza sülh və əmin-amanlıq arzulayırıq.

Sizə olan dərin hörmət və ehtiramlarımızı qəbul etməyinizi xahiş edirik. Doğum gününüz bir daha Mübarək, Möhtərəm Ali Baş Komandan, Bizim Prezident!

Imzalayanlar:

1-Şervin Nəcəfpur:

Norveç Krallığı – CAN diaspora Təşkilatının sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı,

2-Atabəy Nəcəfpur

CAN diaspora Təşkilatının İdarə Heyətinin üzvü,

3-Hüseyn Məmmədov

Bizim Səs Təşkilatının sədri,

4-İlkana Goja van den Berg

Niderland Krallığı – Birlikdə Güclüyük Fondunun həmsədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı,

5-Robert van den Berg

Birlikdə Güclüyük Fondunun həmsədri, Beynəlxalq kvalifikasiyyalı Maliyyə və İdarəetmə üzrə mütəxəsis,

6-Rəsulov Elmar Ədhəm oğlu

Rusiya Federasiyası – Samara Azərbaycanlılarının Assambleyasının sədri,

7-Rəşad Quliyev

Dünya Azərbaycanlıları Assambleyasının sədri,

8-Məryəm İsgəndərova

Böyük Britaniya – hüquqşünas və fəal diaspor üzvü,

9-Aytən Muradova

Fransa – Ulduz Assosiasiyanın rəhbəri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı,/

10-Həsənova Ülviyyə Oleq qızı

Fransada ali təhsil alıb,

11-Vahid İmanov

İspaniya – Asociación Azerbaiyanos en Españe’ın sədri,

12-Şakir Əhmədov

İsrail – Azad Təşkilatının sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı,

13-Raul Dinyev

Şimali Kipr – KADM I Kipr Azərbaycan Diaspora Mərkəzi Türk Cümhuriyyeti idarə həyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı,

14-Hafiz Cəfərli


İndoneziyada fəal diaspor üzvü,

NEWSCENTER.AZ
Xəbəri paylaş