Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan Dövlət Universiteti Simfonik orkestrinin Van səfəri başa çatıb

Naxçıvan Dövlət Universiteti Simfonik orkestrinin Van səfəri başa çatıb


Naxçıvan Dövlət Universitetinin Simfonik orkestrinin Türkiyənin Van şəhərinə səfəri başa çatıb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən Simfonik orkestrin üzvü, təhsil müəssisəsinin müəllimi Sevinc Babayeva deyib ki, Naxçıvan Dövlət Universiteti və Van Yüzüncü İl Universitetinin birgə təşkilatçılığı ilə baş tutan möhtəşəm konsert proqramı Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmişdi:

"Möhtəşəm konsertimizin uğurlu keçməsi münasibətilə NDU ailəsinin çox hörmətli rektoru başda olmaqla bütün ailəmizi ürəkdən təbrik edirəm. Uğurlarımız bol olsun.

Həmçinin, yüksək qonaqpərvərliyə görə Van Universitetinin hörmətli rektoru Hamdullah Şevli və dəyərli əməkdaşlarına sonsuz minnətdarıq. Türkiyəli qardaşlarımız böyük sevgiylə, coşğuyla həmişəki kimi bizləri qarşıladı. Hər zaman qardaşlığımız sonsuz olsun".

Sevinc Babayeva daha sonra bunları qeyd edib:

"Ən böyük xoşbəxtçilik görülən işlərlə örnək olmağı bacarmaqdır ki , bizim dəyərli rektorumuz Elbrus İsayev bunu hər zaman olduğu kimi bacarır! Van şəhərinin Valisi və konsertimizdə iştirak edən ziyalılar Naxçıvan Dövlət Universitetinin Simfonik orkestrini o qədər bəyəndilər ki , Van Universitetində də Simfonik orkestr yaratmaq üçün işləmlərə başladılar. Fürsətdən istifadə edib onlara da uğurlar arzulayırıq. İnşallah növbəti dəfə onlarla birlikdə səhnəni paylaşarıq".





S.İsmayılbəyli
Xəbəri paylaş