Qazax şəhərində güclü külək iri gövdəli ağacı aşırıb, transformator və avtomobilə zərər dəyib.
Newscenter.az xəbər verir ki, “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhər, Bakı küçəsində qeydə alınıb.
Əsən güclü külək nəticəsində iri gövdəli şam ağacı aşaraq yaxınlıqdakı avtomobilə və transformatorun üzərinə düşüb. Hadisə nəticəsində avtomobillə və elektrik təsərrüfatına zərər dəyib. Hazırda ərazidə elektrik enerjisinin verilməsi dayandırılıb.
Gəncədə də güclü külək əsir. Axşam saatlarında başlayan külək nəticəsində Gəncə şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyri-sabit hava Ağstafa və Tovuz rayonunun infrastrukturuna da ziyan vurub. Bölgədə bəzi ərazilərdə, kəndlərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Şəmkirdə külək rayon mərkəzində və kəndlərdə evlərin dam örtüyünü dağıdıb.
Yaranmış problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti idarə və qurumlar tərəfindən işlər aparılır.
Qeyd edək ki, qərb bölgəsində küləkli hava şəraiti davam edir.