Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siz təkcə güclü siyasi lider deyil, həm də güclü sərkərdə, qalib, müzəffər Ali Baş Komandansınız

Siz təkcə güclü siyasi lider deyil, həm də güclü sərkərdə, qalib, müzəffər Ali Baş Komandansınız


“Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Newscenter.az-a daxil olan təbrik mətnində qeyd edilir:

Cənab Ali Baş Komandan!
Möhtərəm Prezident!


Sizi doğum günü münasibətilə şəxsən öz adımdan və “Milli İnkişaf” ictimai birliyinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə həyatda möhkəm can sağlığı və müstəqil Azərbaycanı davamlı olaraq zirvələrə qaldırmaq istiqamətindəki yorulmaz fəaliyyətinizdə arzulayırıq.

Cənab Prezident!

Sizin ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olaraq respublikaya rəhbərlik etdiyiniz 20 il yalnız inkişaf və tərəqqi, Azərbaycanın uğurları ilə yadda qalıb. Prezident kimi fəaliyyətə başladığınız ilk gündən dövlətin inkişaf etdirilməsi, xalqın daha yaxşı yaşaması əsas prioritetiniz olub. Ötən 20 il ərzində bütün qarşıya qoyduğunuz məqsəd və vəzifələrə nail olmusunuz. Bu gün Sizin sayənizdə, Sizin rəhbərliyiniz altında Azərbaycan dünyanın qabaqcıl, sayılıb-seçilən, xüsusi hörmət olunan bir ölkəsinə çevrilib.

Möhtərəm Prezident!

Siz təkcə güclü siyasi lider deyil, həm də güclü sərkərdə, qalib, müzəffər Ali Baş Komandansınız. Müzəffər Ali Baş Komandan kimi xalqımıza, dövlətimizə qazandırdığınız zəfər, qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. 30 ilə yaxın işğal altında olan şəhər və rayonlarımızı cəmi 44 günə azadlığa qovuşdurmaqla yanaşı, həm də ərazi bütövlüyümüzü tamamilə bərpa etdiniz. Xəyallarımızda belə canlandırması mümkün olmayan Xankəndidə Azərbaycan bayrağını dalğalandırdınız. Bu Sizin tarixi ədaləti bərpa etməyinizlə yanaşı, həm də dünya erməniliyinə, erməni yalan və saxtakarlıqlarına, ən əsası separatizmə vurduğunuz ən güclü zərbə idi.

Cənab Prezident!

Bu gün Sizin rəhbərliyiniz altında işğaldan azad edilən ərazilərimizdə geniş miqyaslı quruculuq-abadlıq işləri aparılır, Qarabağa yeni nəfəs verilir. Əminliyimi ifadə edirəm ki, qarşıdan gələn növbədənkənar prezident seçkilərində də Azərbaycan xalqı milli inkişafçılar kimi məhz bu müqəddəs yolun, Azərbaycanın inkişafının davamına, ölkəmizin növbəti illərdə də Sizin rəhbərliyiniz altında uğur və nailiyyətlər əldə etməsinə səs verəcək. Bu müqəddəs işinizdə Sizə uğurlar arzulayır, bir daha doğum gününüzü səmimi qəlbdən təbrik edirəm. Sizin rəhbərliyiniz altında Azərbaycanın gələcək illərdə də uğur və nailiyyətlərə imza atacağına əminliymi bildirir, bu yolda Sizə müvəffəqiyyətlər diləyirəm.

S.İsmayılbəyli
Xəbəri paylaş