Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sizin rəhbərliyiniz altında Azərbaycan gələcək illərdə də uğur və nailiyyətlərə imza atacaq

Sizin rəhbərliyiniz altında Azərbaycan gələcək illərdə də uğur və nailiyyətlərə imza atacaq


Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü İqbal Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Newscenter.az-a daxil olan təbrik mətnində qeyd edilir:

Cənab Ali Baş Komandan!
Möhtərəm Prezident!


Sizi doğum günü münasibətilə şəxsən öz adımdan və seçicilərim adından səmimi qəlbdən təbrik edir, Sizə həyatda möhkəm can sağlığı və müstəqil Azərbaycanı davamlı olaraq zirvələrə qaldırmaq istiqamətindəki yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram. Siz təkcə güclü siyasi lider deyil, həm də güclü sərkərdə, qalib, müzəffər Ali Baş Komandansınız. Son 20 il ərzində güclü siyasi lider kimi ölkəyə rəhbərlik etdiyiniz dövr Azərbaycanın inkişafı, tərəqqisi kimi necə tarixə düşdüsə, eləcə də müzəffər Ali Baş Komandan kimi 44 günlük Vətən müharibəsində xalqımıza, dövlətimizə qazandırdığınız zəfər, qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. 30 ilə yaxın işğal altında olan şəhər və rayonlarımızı cəmi 44 günə azadlığa qovuşdurmaqla yanaşı, həm də ərazi bütövlüyümüzü tamamilə bərpa etdiniz. Xəyallarımızda belə canlandırması mümkün olmayan Xankəndidə Azərbaycan bayrağını dalğalandırdınız. Bu Sizin tarixi ədaləti bərpa etməyinizlə yanaşı, həm də dünya erməniliyinə, erməni yalan və saxtakarlıqlarına, ən əsası separatizmə vurduğunuz ən güclü zərbə idi.

Cənab Prezident!

Bu gün Sizin rəhbərliyiniz altında işğaldan azad edilən ərazilərimizdə geniş miqyaslı quruculuq-abadlıq işləri aparılır, Qarabağa yeni nəfəs verilir. Bu müqəddəs işinizdə Sizə uğurlar arzulayır, bir daha doğum gününüzü səmimi qəlbdən təbrik edirəm. Sizin rəhbərliyiniz altında Azərbaycanın gələcək illərdə də uğur və nailiyyətlərə imza atacağına əminliymi bildirir, bu yolda Sizə müvəffəqiyyətlər diləyirəm.


Anar Əliyev
Xəbəri paylaş