Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AXCP-nin acizliyi

AXCP-nin acizliyi


Radikal düşərgə öz köhnə adətindən əl çəkmir. Bu dəfə də sözügedən qüvvələr indiyə qədər heç bir effekt verməyən boykot taktikasından istifadə etməyə üstünıük verdi. Radikal düşərgənin bu mövqeyi isə haqlı olaraq Azərbaycan cəmiyyətində etirazla qarşılanıb.

Newscenter.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib ki, AXCP yenə də ənənəvi adətlərinə sadiq qalaraq seçkiləri qərəzli şəkildə “boykot” etməsi ilə siyasi acizliyinin və məğlubiyyətinin növbəti etirafını etdi. Onun sözlərinə görə, açıq rəqabətdən qaçan dağıdıcı müxalifət düşərgəsi seçkiləri boykot etməklə ən asan yolu seçirlər:

"Çünki seçkiyə qatılacaqları təqdirdə xalqdan səs ala bilməyib fiaskoya uğrayacaqlar. Ona görə də seçkidən qaçmaq üçün boykot üsulundan istifadə edirlər. Bununla seçkilərin şəffaflığına kölgə salmağa çalışırlar. Bunun adı qorxaqlıqdır. İllərdir fəaliyyət göstərdiklərinə baxmayaraq 5 min üzv toplamaqda böyük çətinlik çəkən və ötən illər ərzində bütün etibarını itirmiş radikal siyasi qüvvələr öz zəifliklərini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. AXCP seçkinin guya demokratik olmayacağını bəhanə edib, daha çox boykot taktikasına meyillənməsinin bir adı var - uğursuzluğunu bu taktika ilə ört-basdır etmək. Ancaq ilk olaraq onu qeyd etmək lazımdır ki, hansısa siyasi qüvvə özünü ölkənin aparıcı qüvvəsi hesab edirsə, deməli, həmin qüvvənin ictimai-siyasi proseslərə yetərincə təsiretmə imkanına malik olmalıdır".

Anar Əliyev
Xəbəri paylaş