Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bu il Ermənistana 90 min avro ödəyib

Azərbaycan bu il Ermənistana 90 min avro ödəyib


Bakıdan Naxçıvana və əks istiqamətə təyyarələrin hərəkəti zamanı Ermənistanın hava məkanından istifadəyə görə bu il Azərbaycan tərəfi bu ölkəyə 90 min avro ödəyib.

Newscenter.az xəbər verir ki, bu barədə hraparak.am məlumat yayıb.

Sayt xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb. Məıumatda bildirilib ki, 2023-cü ildə Azərbaycan aviaşirkətlərinin Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərinin göstərilməsi üzrə hesablanmış gəlir 90 018 təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” 2021-ci ildə Oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Şirkətin törəmə şirkəti olan “Buta Airways” də bu istiqamətdə uçuşlar həyata keçirib.

Anar TAĞIYEV
Xəbəri paylaş