Azərbaycanın iş adamlarının Türk Dövlətləri Təşkilatına üzv ölkələrin biznes adamları ilə əlaqələri genişlənir. Belə əlaqələrin əyani sübutu olaraq bu gün Azərbaycan, Türkiyə və Özbəkistan iş adamlıarının iştirakı ilə biznes seminar keçirilib.
Bu barədə Newscenter.az-a məlumat verən Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin sədri Ruslan İmanzadə deyib ki, seminar ATUİAB və Azərbaycanın LOGİX şirkəti ilə birgə Daşkənd Kimya-Texnologiya İnstitutunda baş tutub.
Ruslan İmanzadə deyib ki, seminarda Türkiyə, Azərbaycan və Özbəkistandan təhsil, istehsal və xidmət sahələrində fəaliyyət göstərən prestijli iş adamları institut professorları, elm adamları və tələbələrinə özlərini təqdim edib, biznes təqdimatı ediblər. Seminarın sonunda əməkdaşlıq məsələləri müzakirə edilib və dostluq danışıqlarının davam etdirilməsi razılaşdırılıb.
S.İsmayılbəyli