Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı ilə İrəvan arasında danışıqlar nə vəd edir?

Bakı ilə İrəvan arasında danışıqlar nə vəd edir?


Ermənistanın qeyri-səmimi siyasəti, addımları davam edir. Bir tərəfdən sülh müqaviləsinə hazır olduğu görüntüsü yaradır, digər tərəfdən qondarma “Artsax”-ın yenidən “doğulması”na rəvac verir. Bu isə öz növbəsində tərəflər arasında keçirilməsi nəzərdə tutulan növbəti görüşləri şübhə altına alır. Elə siyasi ekspert Çingiz Şahbazi də belə düşünür.

Newscenter.az-ın xəbərinə görə, Çingiz Şahbazi deyib ki, yanvar ayında, ABŞ-da Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Bu görüş əslində tərəflərin yekun sülh müqaviləsinin bağlanması istiqamətində zəruri işlərin üzərində işləmək kimi öhdəlikləri müzakirə etmək və bu səbəbdən müəyyən addımların atılmasını təmin etmək məqsədi daşıyacaq:

“Daha sonra isə hər iki ölkə, vasitəçi olmadan dialoqları davam etdirmək üçün görüşlərə başlaya bilər. Əslində ikitərəfli görüşlərin keçirilməsi daha çox effektli hesab olunur. Bu həmçinin ABŞ və Qərbin vasitəçilik missiyasını həyata keçirən diplomatlar tərəfindən də müsbət qarşılanır və onlar da hesab edirlər ki, ikitərəfli görüşlərin keçirilməsi iki ölkə arasında əlaqələrin və münasibətlərin normallaşmasına daha çox fayda verə bilər. Bu xüsusilə də yekun sülh müqaviləsinin tez bir zamanda bağlanmasına səbəb ola bilər. Əslində ikitərəfli görüşlərlər yoxdur demək olmaz. Amma bu sülh sazişinin imzalanması üçün danışıqlar prosesinə zəmin yaradan görüşlərdən ibarətdir və bu görüşlərdə bir çox prinsipial məsələlərdə artıq razılıq əldə olunub”.

Anar Əliyev
Xəbəri paylaş