Bakı-Pirşağı dəmir yolu istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dəmir Yolları yayıb.
Məlumatda bildirilir:
"Bu gün Bakı-Pirşağı istiqamətində saat 19:00 radələrində elektrik enerjisi sahəsində yaranmış texniki nasazlıq saat 21.00-da aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub".
R.Mehdiyeva