Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Newscenter.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti altı ay müddətində:
Hərəkət tərkibini (qatar, drezin və s.) idarə edənlər üçün
- dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsviri, spesifikasiyası, nümunəsi və verilməsi qaydasını;
- dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi qaydasını;
Maşinist və maşinist köməkçisi, qatar tərtibçisi, elektrik mexaniki, yol ustaları, başmaqçılar və s. vəzifələr üçün
- geyim forması, fərqlənmə nişanlarının təsviri və daşınması qaydasını təsdiq edəcək.
ADY öz növbəsində dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanlarının təşkilini və keçirilməsini təmin edəcək.
R.Mehdiyeva