Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diasporla İş üzrə Dövlət Komitəsi yoxlanılmalıdır -TƏŞKİLAT SƏDRİ

Diasporla İş üzrə Dövlət Komitəsi yoxlanılmalıdır


Şakir Əhmədov: "Dövlət Komitəsi konsert verib medal paylamaqdan başqa heç bir iş görmür"

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) fəaliyyətindən narazılıqlar artır. Son aylarda bir neçə təşkilat DİDİK rəhbərliyinin səmərəsiz fəaliyyəti və diaspor təşkilatları arasında ayrıseçkilik etməsindən dolayı öz etiraz səsini ucaldıb. Belə təşkilatlardan biri də İsrail Azad Yeni Azərbaycan təşkilatıdır. Təşkilatın sədri Şakir Əhmədov Newscenter.az-a verdiyi müsahibədə narazı qaldığı məqamlar, DİDK-nin fəaliyyətində olan nöqsanlar və s barədə danışıb.

-Şakir müəllim, qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bu gün ərəfəsində İsraildə fəaliyyət göstərən fəal diaspor təmsilçisi olaraq hansısa tədbir keçirməyi nəzərdə tutursunuzmu? Ümumiyyətlə, hansı tədbirlər keçiriləcək?

-Əvvəla fürsətdən istifadə edərək başda prezident olmaqla xalqımızı ürəkədn təbriki edir, yeni ildə yeni-yeni uğurlar arzulayıram. Sualınıza gəlincə, hazırda İsrail dövlətindəki vəziyyətlə əlaqədar tədbirlər təxirə salınıb. Daha dəqiq desək HƏMAS-la müharibə şəraiti səbəbindən. Ancaq ola bilsin ki, İsraildəki Azərbaycan səfirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı hansısa kiçik bir toplantı keçirsin.

-Həmərəylikdən söz düşmüşkən, Dünya -Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində dünyanın dörd bir yanında yaşayan azərbaycanlılarının həmrəyliyini necə dəyərləndirərdiniz? Sözün həqiqi mənasında həmrəylik nümayiş etdirə bilirikmi?

Onu qeyd edim ki, xarici ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbirlərin keçirilməsi olduqca zəruridir. Bir sıra ölkələrdə sözügedən bayram münasibətilə müxtəlif tədbirlər keçirilir ki, bu da təqdirəlayiqdir.

-Bildiyimiz kimi bir neçə aydır ki, İsraillə HƏMAS arasında müharibə gedir və bu qarşıdurmadan İsraildə yaşayan soydaşlarımızdan əziyyət çəkən oldumu? Onlara hansı formada köməklik göstərdiniz?

-HƏMAS-la müharibə hələ ki, davam edir. İsraildə yaşayan azərbaycanlıların bir çox hissəsi səfirlik tərəfindən və biz fəalların köməkliyi ilə təmannasız şəkildə Azərbaycan yola salınıb. Bu təşkilatçılığa görə səfir Muxtar Məmmədova təşəkkürümü bildirirəm. Bəzi ailələrin maddi durumları yaxşı olmasa da təşkilatımız tərəfindən onlara köməkliyimizi əsirgəməmişik. Amma çox təəssüflər olsun ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə heç bir köməkliyini görməmişik.

-Diasporla İş üzrə Dövlət Komitəsindən söz düşmüşkən, bu qurumun fəaliyyəti bir diaspor fəalı olaraq Sizi qane edirmi və Sizə olan münasibəti hansı səviyyədədir?

-Deyərdim ki, yox. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti bir təşkilat rəhbəri olaraq məni qane etmir. Komitənin keçirdiyi tədbirlər ancaq "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası (Az-İz) üzərindən qurulur. Dövlət Komitəsi konsert verib medal paylamaqdan başqa heç bir iş görmür, tədbirlər keçirmir. Keçirdiyi həmin tədbirlər də biabırçı vəziyətdə olur. Adi bir misal çəkim. Brilliant Dadaşovanı dəvət edib konsert zalına bilet satırlar, amma konsert məktəb zalında keçirilir. Bu bizim Diasporla İş üzrə Dövlət Komitəsinin biabırçı təşkilatçılığının bir nümunəsidir.

-Sözügedən Dövlət Komitəsinin yarandığı 20 ildən artıqdır ki, lobbiçiliyə keçməyin zəruriliyi bildirilir, lakin ortada ciddi bir nəticə yoxdur. Sizcə bu nəylə bağlıdır?

-Lobbiciliyə keçməzdən əvvəl İsraildə olan təşkilatlar birləşməlidirlər. Amma cox təssüflər ki, Doasporla İş üzrə Dövlət Komitəsinin bu yolda addımları sıfıra bərabərdir. Komitənin diaspir təşkilatları və fəalları arasında ayrıseçkiliyi baş alıb gedir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın müdafiəsi məqsədilə burada keçirilən mitinqlərə goşulmayan, Assosiasiyaya ard-arda 5 medal verilir. Bu ədalətsizlik, ayrıseçkiliklə bağlı prezident İlham Əliyevə müraciətimiz olub. Diasporla İş üzrə Dövlət Komitəsi yoxlanılmalıdır.

-Bir məsələ barədə soruşmaq istərdim. Müntəzəm olaraq sosial şəbəkələrdə İsraildəki Heydər Əliyevin büstünə olan laqeyd münasibət barədə paylaşımlar edirsiniz. Maraqlıdır, buna müvafiq qurumların, elə DİDK-in münasibəti necədir, məsələ ilə bağlı hansısa əməli addımlar atılırmı?

-Ulu öndər Heydər Əliyevin büst lövhəsi Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyi tərəfindən Xedera şəhərində kiçik bir parkda yerləşdirilib. Anca qbaxımsızlıqdan və büstün işıqlandırılması məqsədilə kommunal xərclərin ödənilməməsindən büst lövhə pis vəziyyətə düşüb. Bununla paralel olaraq yerli şəhər meriaysı bustün oradan köçürülməsinə əmr verib. Büst lövhəsi parkdan götürülən zaman İsraildə yaşayan bir həmyerlimiz bunun şahidi olur və onu aparıb öz ev həyətində saxlayır. İndiyə qədər də büst lövhəsi həmin həmyerlimziin həyətindədir. Mən şəxsən bu məsələ ilə bağlı Azərbaycana getdim Diasporla İş üzrə Dövlət Komitəsində Fuad Muradovla görüşdüm, sözügedən məsələ ilə bağlı öz təkliflərimi verdim. Fuad Muradov mənə söz verdi ki, problemi həll edəcək. Dərhal İsrailə qayıdıb bu istiqamətdə müəyyən addımlar atmağa başladım. İşlərin gedişində Fuad Muradova zənd vurub Komitə adından bir məktub verilməsini xahis etdim ki, həmin məktubda büst lövhənin yerləşdiriləcəyi parkda kommunal xərclərin ödənməsinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçiriləcəyi əksini tapsın. Qalan xərcləri isə təşkilat olaraq öz üzərimizə götürdüyümzü bildirdim. Bu zəng sonuncu zəng oldu və Fuad Muradov yoxa çıxdı.

-Dünya Azərbaycanlılarının V qurultayında qəbul edilən qərarlar, prezident İlham Əliyevin qarşıya qoyduğu məqsəd və vəzifələrin icrası istiqamətində görülən işlər hansı vəziyyətdədir?

-Qurultaydan keçən müddət ərzində nə qurultayın qəbul etdiyi qərarların icrası, nə də dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr istiqamətində hansısa işlər görülüb. Cənab prezidentin qarşıya qoyduğu məqsəd və vəzifələr sırasında yer alan məsələlərdən biri də ayrı-ayrı ölkələrdə Azərbaycan dili məktəblərinin açılması ilə bağlıdır. Dövlət başçısı tövsiyə edirdi ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın övladları üçün dilimiz təbliğ edilsin ki, ana dilimiz unudulmasın, yaddan çıxmasın. Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etdim və bununla bağlı konkret addımlar atmaq niyyətimi ifadə etdim. Həmçinin, Dövlət Komitəsindən bütün fənlərə aid kitabları gətirdim İsrailə. Burada Azərbaycan dili məktəbi üçün yer götürüb oranı təmənnasız, öz vəsaitim hesabına təmir etdirdim. Orada çalışacaq müəllimlərin diplomuna qədər Komitəyə göndərdim və tezliklə məktəbin açılışının ediləcəyi vədi verildi. Ancaq nəticə necə oldu? 3 ay gözlədikdən sonra Fuad Muradov İsrailə gəldi. Ancaq məktəbin açılışna deyil, medal paylamağa. Komitə sədri İsrailə gəlib medal paylayaraq gizlicə uçub getdi. Bu da Azərbaycan dili məktəbinin sonu oldu. Beləliklə, binanın icarəsi, təmiri daxil olmaqla Komitə mənə 18 min dollar zərər vurmuş oldu. Məktəb açılsaydı bu mənə o qədər də təsir etməzdi. Həm boş yerə pul xərcləndi, həm də məktəb açılmadı. İndi mən də sərf etdiyim həmin vəsaitin qaytarılmasını tələb edirəm. Nə qədər ki, Diasporla İş üzrə Dövlət Komitəsinə Fuad Muradov rəhbərlik edir, diaspora sahəsində heç bir iş görülməyəcək. Əksinə indiyə qədər möv cud olan diasporumuz da məhv ediləcək. Bu qurum ancaq gözdən pərdə asmaqla məşğuldur. Diaspor təşkilatı olaraq tələbimiz isə Fuad Muradovun könüllü şəkildə vəzifəsindən istefa verməsidir. Bununla bağlı xaricdə yaşayan bir qrup diaspor təşkilatı adından cənab prezidentə də müraciət etmişik. Ümid edirik ki, səsimizə səs veriləcək. Fürsətdən istifadə edib qarşıdan gələn növbədənkənar prezident seçkilərində də dövlət başçısı İlham Əliyevə uğurlar arzulayıram və cənab prezidenti dəstəklədiyimizi bildirmək istəyirəm.

-2024-cü illə bağlı planlarınız nədən ibarətdir?

-Mənim əsas missiyam autizm və DCP-dən əziyyət çəkən uşaqlarımıza təmənnasız yardım göstərməkdir. Onların İsrailə gətirilib reablitasiyadan keçməsi istiqamətində çalışıram. İki ay əvvəl Bakıya da İsrildən həkimlər dəvət edib 359 uşağın 10 gün müddətində pulsuz müayinədən keçməsini təmin etdik.

2024-cü ilə gəlincə, qarşıdan gələn il üçün bir çox planlarımız var. İnşallah il ərzində həmin planlarımızı yerinə yetirməyə çalışacağıq.

Süleyman
Xəbəri paylaş