Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diasporla İş üzrə Dövlət Komitəsindən kreativ addımlar gözləməyin-Komitənin sabiq şöbə müdiri

Diasporla İş üzrə Dövlət Komitəsindən kreativ addımlar  gözləməyin-Komitənin sabiq şöbə müdiri


"Diasporumuzun gələcəyi insanlardır. Xaricdə yaşayan Azərbaycanlılar yaşadıqları ölkələrdə Vətənimizin imicini yaradırlar. Əziz həmvətənlər. Siz möhtəşəmsiniz! Sizin hər biriniz Azərbaycana və xalqımıza lazımdır. Diasporla İş üzrə Dövlət Komitəsindən kreativ addımlar gözləməyin. Dəhşətli dərəcədə geridə qaldılar".

Newscenter.az xəbər verir ki, bu fikirləri özünün sosial şəbəkə hesabında Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş şöbə müdiri Cavanşir Vəliyev səsləndirib. O bildirib ki, gənc komanda ümidləri doğrultmadı:

"Ona görə də, bütün ağırlıq və məsulliyyət Sizlərin üzərinizə düşür. Sosial şəbəkələrdən düzgün istifadə edin. Azərbaycanlılar sosial şəbəkələrdə fəal olmalıdırlar! Çünki insanlar indi markalardır və Coca-Cola və Nike kimi əfsanəvi qlobal markalardan daha çox gücə (ən azı internetdə) sahibdirlər. Korporasiyalardan fərqli olaraq, insanlar realdır və başqalarına daha yaxındır.

Əziz həmvətənlər, Sizlər öz maraqlarınız naminə,xüsusilə də Azərbaycanın maraqları naminə sosial şəbəkələrdə lider olmalısınız!".

Süleyman
Xəbəri paylaş