Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektrik kəsntisi səbəbindən Bakı-Pirşağı qatarında yubanma olub

Elektrik kəsntisi səbəbindən Bakı-Pirşağı qatarında yubanma olub


Bu gün Bakı-Pirşağı istiqamətində saat 18:30-da, 18:45-də və 18:10-da yola düşən sərnişin qatarları Zabrat- Pirşağı mənzilində və Məmmədli platformasında elektrik təchizatı sahəsində yaranmış texniki nasazlığa görə hərəkət qrafikindən çıxıb.

Newscenter.az Azərbaycan Dəmir Yollarına istinadən bildirir ki, hazırda sərnişinlərin əks istiqamətdə hərəkət edən qatara mindirilməsi və mənzilbaşına çatdırılması prosesi başlayıb.

Eyni zamanda elektrik enerjisinin verilməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir.

R.Mehdiyeva
Xəbəri paylaş