"Xain terror hücumları ilə bizi bölə, aramıza nifaq sala bilməyəcəklər. Bu günə qədər necə mübarizə aparmışıqsa, bu gündən sonra da terrora qarşı eyni güc və qüvvəmizlə mübarizə aparacağıq".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Türkiyə lideri seçkilərdə 3-5 səs qazanmaq üçün terror təşkilatı və onun rəhbərlərinə yandaşlıq edənlərin də arzularının ürəklərində qalacağını, xalqın heç vaxt terrorçuların yanında yer alan siyasilərə səs verməyəcəyini deyib.
Ərdoğan, "Hər kəs bu kimi xain planlara qarşı gözü açıq olmalıdır. Xüsusilə, gənclərimiz bu məsələdə daha fəal olmalı, gələcək həyatları üçün öz doğru seçimlərini etməlidirlər".
Anar TAĞIYEV