"Ermənistan rəhbərliyinin reaksiyası bunda maraqlı olmadığını göstərir. Amma erməni məkrini hesaba alsaq, qondarma qurumun yenidən gündəmdə saxlanılması üçün buna gedilməsi mümkündür".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov qondarma "Artsax"ın ləğvi qərarına yenidən baxılması və 27 sentyabr qərarının ləğv olunmasına münasibət bildirərkən səsləndirib. Azər Qasımov deyib:
"Məsələ ondadır ki, Ermənistan rəhbərliyi əlindəki bütün kartlardan məhrum olduqdan sonra sülh danışıqlarında Azərbaycanın təzyiqləri qarşısında heç bir arqument qoya bilmir. Odur ki, "Arsax" kartını yenidən Azərbaycanın Qərbi Zəngəzur istəklərinə qarşı istifadə edəcəklər. Ya heç biri, ya da hər ikisi. Bunların heç biri real amillər olmasa da, dolayısı ilə təzyiq vasitəsi kimi beynəlxalq aləmdə işlədilə bilər".
Azər Qasımovun sözlərinə görə, Azərbaycan üçün bu məsələ artıq bağlanıb:
"30 il Ermənistan qondarma qurum kartını reallaşdıra bilmədisə, bundan sonra heç reallaşdıra bilməz. Bu, sadəcə sülh danışıqlarını poza və ya uzada bilər, hansıki hər iki hal Azərbaycan üçün sərf edir. Ermənistanın sülh addımlarına zatən sadəcə sadəlövhlər inanır".
Süleyman