Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan yenə oyun qaydalarını pozur

Ermənistan yenə oyun qaydalarını pozur


"Qondarma Artsaxın ləğvi qərarına yenidən nəzər salınması və 27 sentyabr qərarının ləğv olunması Ermənistanın növbəti oyunudur. Bu qərar birbaşa Paşinyan hakimiyyətinin mövqeyinin ifadəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Açıqlamada bildirilib ki, İrəvan Bakı ilə sülh müqaviləsi imzalamaqdan yayınmaq üçün belə bir oyuna qol qoyub:

"Ancaq Paşinyan hakimiyyəti unudur ki, onun əl atdığı hər bir pozuculuq hərəkəti, sülh müqaviləsindən yayınmaq üçün oynadığı oyun birbaşa onun ziyanına işləyir. İstənilən təxribat Ermənistan üçün ciddi problemlərə yol açacaq".

Anar Əliyev
Xəbəri paylaş