Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın "Artsax oyunları" sülh müqaviləsinin bağlanmasının üstündən xətt çəkə bilər

Ermənistanın "Artsax oyunları" sülh müqaviləsinin bağlanmasının üstündən xətt çəkə bilər


Ermənistanda keçmiş Qarabağ separatçılarının rəhbəri Samvel Şahramanayan "Artsaxın" buraxılması barədə 27 sentyabrda imzaladığı sərəncamı ləğv etdiyini bildirib. Antiterror tədbirlərindən sonra sentyabrda qərar qəbul olunub və ermənilər Qarabağdan köçüb. Proses bitib və bundan sonrakı addımlar Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoya bilər.

İlk növbədə Azərbaycan ərazisində separatizm və qondarma qurum qanunsuz idi. Azərbaycan ərazisində fəaliyyət göstərdiyi bir zamanda nə beynəlxalq birlik tərəfindən, nə də Ermənistan tərəfindən tanınmadı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bundan sonra Ermənistanda hər hnası bir "Artsax" oyunları heç bir nəticəsi olmayan bir proses olar. Bu, ermənilərin özlərinə ziyan vura bilər. Hazırda Ermənistanın silahlanmasının regiona mənfi təsir edəcəyini qeyd edən Azərbaycan tərəfnin nə qədər haqlı olduğu ortaya çıxır. Çünki, yeniden separatizm, işğal və revanşizm Ermənistanda qalmaqdadır.

Qeyd edim ki, Ermənistan hakimiyyəti Qarabağdan gedən bir qrup separatçıların hər hnası bir institut və struktunun fəaliyyətinə icazə verməyəcəyini qeyd edir.Hətta maliyyə ayırmasını dayandırıb.

Ötən həftə Samvel Şahramanyanın ortaya çıxması, Rusiya prezidenti Vladirmir Putinin Rusiya Qarabağdan imtina etmədi, Ermənistan imtina etdi açıqlamasından sonra baş verdi. Ermənistanda beş-üç nəfərdən ibarət olan qrupun Mosvaya arxayın olub, ortaya çıxması N. Paşinyanın hakimiyyətinin əleyinədir. Birinci, Ermənistan Baş nazirinin sülh müqaviləsinin bağlanmasında maraqlı olmadığını. İkinci, Azərbaycana qarşı revanşizm siyasətinə malik olduğu. Üçüncü, Ermənistanın silahlanmasının Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını göstərəcək.

Ermənistan prezidenti və parlamentinin sədri, hakim "Mülki Müqvilə partiyasının" deputatlarının "artsax" adında hər hansı bir sturuktur və institunun ölkə ərazində fəaliyyətinə icazə verilməyəcəyini qeyd ediblər. Belə olan təqdirdə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı "artsax" oyunları sülh müqaviləsinin imzalanmamasına gətirə bilər.

Ümumiyyətlə, Ermənistan hakimiyyəti qanunla ölkə ərazisində "artsax oyunlarını" qadağan etməlidir. Azərbaycan bunu sülh müqaviləsinin bəndinə salınmasını Ermənistandan tələb etməlidir. Bundan əlavə, Ermənistanda separatçı mühütin ortaya çıxması, Azərbaycana əlavə kartblanş verir ki, ermənilərin yenidən Qarabağa qayıtması ilə yenidən separatizm baş qaldıra bilər. Azərbaycan bununla bağlı Ermənistanda baş qaldıran separatçıların fəaliyyəti barədə ABŞ və Avropa İttifaqını məlumatlandırmalıdır.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini
Xəbəri paylaş