Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər üçün “Stressin idarə olunması” mövzusunda təlim keçirilib

Gənclər üçün  “Stressin idarə olunması” mövzusunda təlim keçirilib


Azərbaycan Həmrəylik Komitəsi (AHK) və “EcoApp” layihəsi könüllülərinin birgə təşkilatçılığı ilə gənclər üçün interaktiv təlimlər davam edir. Psixoloq-təlimçi Sevinc Osmanovanın moderatorluğu ilə “Stressin idarə olunması” mövzusunda təlim keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə AHK-nin mətbuat xidməti məlumat verib.

Təlimdə Azərbaycan Həmrəylik Komitəsinin üzvləri, tələbə gənclər iştirak edib. Təlim zamanı iştirakçılara stress vəziyyətlərində davranış növləri, stress idarəetmə strategiyaları və stressin öhdəsindən necə gəlməyin metodları barədə praktik məlumatlar verilib.

Qeyd edək ki, interaktiv təlimlərin hər həftə keçirilməsi nəzərdə tutulub. Təlimlərdə fəallıq göstərən gənclərə sertifikat veriləcək.

NEWSCENTER.AZ
Xəbəri paylaş