İran İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən olan Razi Musəvi Suriyada öldürülüb.
Newscenter.az İranın yarı rəsmi Təsnim Xəbər Agentliyinə istinadən bildirir ki, İnqilab Keşikçiləri Ordusunun yüksək rütbəli komandiri Musəvi Dəməşq yaxınlığında İsrailin hücumu nəticəsində həlak olub.
Öldürülən iranlı komandirin Suriyada “hərbi məsləhətçi” vəzifəsində çalışdığı və 2020-ci ildə ABŞ-ın İraqdakı hücumunda öldürülən iranlı general Qasım Süleymaninin yaxın dostu olduğu bildirilib.
S.İsmayılbəyli