Ermənistan tərəfi iki ölkə arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfinin təkliflərini alıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı hraparak.am yayıb. Ermənistandakı hökumət mənbələrinə istinadən sayt xəbər verir ki, bundan əvvəl də Azərbaycan tərəfi Bakının sülh müqaviləsi ilə bağlı daha bir təkliflər paketini İrəvana çatdırdığı barədə məlumat yayıb.
Qeyd edilir ki, bu il noyabrın 18-də isə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın sülh müqaviləsi ilə bağlı növbəti təkliflərini Bakıya göndərdiyini bəyan etmişdi.
S.İsmayılbəyli