Latviya sərxoş sürücülərdən müsadirə olunan avtomobillərin Ukraynaya hədiyyə edilməsi qərara alınıb.
Newscenter.az Latviyanın Delfi xəbər portalına istinadən bildirir ki, ilkin mərhələdə Latviyada sərxoş olduğu müəyyən edilərək sürücülərdən alınmış 271 avtomobil Ukraynaya göndərilib.
Məlumat üçün qeyd edək ki, Latviya Parlamenti bu il fevralın 16-da sərxoş sürücülərin avtomobillərinin onlardan müsadirə edilərək Ukraynaya bağışlanmasına icazə verən qanun layihəsini qəbul edib. Qanunun qüvvəyə mindiyi gündən ələ keçirilən 903 min 453 avro dəyərində 271 avtomobil Ukraynaya gətirilib, 34 avtomobilin isə yaxın vaxtlarda Ukraynaya göndərilməsi nəzərdə tutulur.
S.İsmayılbəyli