Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MDB-dən Qərbə mesaj

MDB-dən Qərbə mesaj



Rusiya MDB dövlət başçılarının hər ilin yekununda ənənəvi qeyri-rəsmi sammitini keçirir. Bu sammiti vaxtı ilə Rusiya imperiyasının paytaxtı olmuş Sankt-Peterburqda keçirməsi, üzv ölkələri öz təəbəsi görməsindən irəli gəlir.
Qərblə Rusiya arasında Ukraynada davam edən geopolitik qarşıdurma fonunda Moskvanın MDB toplantısını keçirməsi Qərbə mesaj xarakterlidir. Hazırda Ukrayna müharibəsində Qərbdə fikir ayrılıqları, ABŞ Ukraynaya hərbi yardımın azalması fonunda Rusiya Ukraynada təşəbbüsü müəyyən dərəcədə ələ alıb. Həmçinin Ərəb ölkələri ilə əlaqələri yeni mərhələyə keçirib. Bir qədər mövqeyini gücləndirən V. Putin bu samitdə arxayın çıxış edəcək.
Təbii ki, Vladimir Putin MDB məkanında ABŞ və Avropa İttifaqının geosiyasi mövqelərini gücləndirməsindən narahatdır. Ukraynada müharibə, Ermənistan və Mərkəzi Asiyada ABŞ və Avropa İttifaqının geosiyasi mövqelərini gücləndirməsi bu kontekstdə müzakirələr aparılacaq. Rusiya nə qədər Qərb qarşısında MDB əlində qalxan etsə də, Kremlin apardığı qeyri-konstruktiv siyasətinə görə təşkilat parçalanır. Demək olar ki, Gürcüstan və Ukrayna təşkilatdan cixib. Moldova və Ermənistan da bu təşkilatdan çıxmaq istiqamətində bəyanatlar verir.
Göründüyü kimi, V. Putin nə qədər MDB toplantılarını keçirsə də təşkilat hər il zəifləyir. Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan və Özbəkistan MDB yalnız iqtisadi əlaqələrdə maraqlıdır. Yeni siyasi nizamda bu ölkərdə MDB -də fəaliyyətlərini aşağı salır. MDB bir təşkilat kimi regional çərçivədə inkişaf etmədi. Çünki, Rusiya üzv ölkələrlə tərəfdaş kimi deyil, satalleti kimi davranır. Rusiya Ukraynada məğlub olarsa, MDB öz mövcudluğuna son qoyacaq.
Xəbəri paylaş