Türkiyədə növbəti dəfə avtobus qəzası baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Kocaeli şəhərində olub. Məlumata görə, Gebzedən İstanbula doğru hərəkət edən mikroavtobus Cümhuriyyət məhəlləsində yoldan çıxarkən maneəyə çırpılıb. Qəza zamanı avtobusda olan 15 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Əraziyə cəlb edilən təcili tibbi yardım xidməti və xilasedicilər yaralıları yaxınlıqdakı xəstəxanaya çadırıblar.
Anar TAĞIYEV