Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən həftə meşə fondu torpaqlarında 285 mindən çox ağac əkilib

Ötən həftə meşə fondu torpaqlarında 285 mindən çox ağac əkilib


Payız əkin planına uyğun olaraq ölkənin bütün regionlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən meşəbərpa tədbirləri ötən həftə də davam edib.

Newscenter.az-ın xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ötən həftə ərzində Quba, Xaçmaz, İsmayıllı, Cəlilabad, Masallı, Astara, Lerik, Ağstafa, Tovuz, Saatlı, Sabirabad, Siyəzən, Şabran, Şəki, Beyləqan, İmişli, Göygöl, Ağdaş, Yevlax, Şəmkir, Oğuz və Qəbələ rayonlarının meşə fondu torpaqlarında, ümumilikdə, 285 734 ağac əkilib, 3 tondan artıq toxum səpilib.

Sona
Xəbəri paylaş