Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev misirli həmkarı və Küveyt əmirini təbrik edib

Prezident İlham Əliyev misirli həmkarı və Küveyt əmirini  təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.

Newscenter.az-ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Misir arasında ənənəvi dostluq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, dövlətlərarası əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".

XXX

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əlahəzrət,

Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Küveyt dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Sevinc Mehdiyeva
Xəbəri paylaş