"Bir qrup separatçının İrəvanda yığılıb qondarma "Arçax"ı bərpa etmə cəhdləri uğursuzdur və özünə təsəlli verməkdən başqa bir şey deyil. Zatən belə bir dövlət beynəlxalq hüququn heç vaxt subyekti olmayıb və heç bir dövlət tərəfindən də tanınmamışdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, beynəlxalq münasibətlər sistemində də qondarma separatçı rejimə birmənalı olaraq Azərbaycanın suveren ərazisi kimi yanaşılıb:
"Digər tərəfdən 19-20 sentyabrda Azərbaycanın həyata keçirdiyi uğurlu antiterror əməliyyatından sonra qondarma "Arçax" buraxılıb. Əslində hüquq yoxdursa onun buraxılması haqqında qərar da hüququ anlam kəsb etmir. Yəni bir halda ki "Arçax" adında bir hüquqi subyekt, dövlət olmayıbsa onun yenidən bərpası barədə danışmaq da absurddur". Əli Oruclu hesab edir ki, bir qrup separatçının qondarma rejimin buraxılması haqqında qərarını ləğv etmək barədə iddiaları marginal maraqlara xidmət edir və perspektivi olmayan siyasi vasitədir:
"Ermənistan rəhbərliyi də artıq etiraf edir ki Dağlıq Qarabağla bağlı iddiaları xülyadır, İrəvan üçün həm də başağrısıdır. Ali Baş Komandan İ.Əliyevin Xankəndindəki meydanda ucaltdığı üçrəngli Azərbaycan bayrağı ərazi və süveremliyomizin tam təsdiqi oldu. Erməni revanşist və separatçıları havadarlarının təhriki ilə yanlış addım atarlarsa bədənini də ağır ödəyərlər".
S.İsmayılbəyli