Son 10 il ərzində Avrasiya İqtisadi Şurasına üzv olan ölkələrin Ümumi Daxili Məhsulu (ÜDM) 1,6 trilyon dollardan 2,5 trilyon dollara qədər artıb.
Newscenter.az "Sputnik Armeniya"ya istinadən bildirir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin Avrasiya İqtisadi Şurasının Sankt Peterburqda keçirilən samiiti zamanı çıxış edərkən deyib. Kreml rəhbəri deyib ki, bu müddət ərzində üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi isə təxminən iki dəfə artıb.
Rusiya prezidenti qeyd edib ki, razılaşdırılmış qaydalar əsasında işləyən mallar, xidmətlər, kapital və işçi qüvvəsi üçün böyük vahid bazarlar yaradılıb.
"Bütövlükdə, təşkilat səmərəli struktura malik nüfuzlu beynəlxalq inteqrasiya birliyi kimi yaradılıb",-deyə o əlavə edib.
Anar TAĞIYEV