Dekabrın 26-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Siyəzən rayonunda vətəndaşları qəbul edəcək.
Newscenter.az Agentliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda Siyəzən və Xızı rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlər Siyəzən rayonu “2 №-li Yol İstismarı” və Xızı rayonu “1 №-li Yol İstismarı” MMC-lərdə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
R.Mehdiyeva