Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son 20 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox sərmayə yatırılıb

Son 20 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox sərmayə yatırılıb


Azərbaycan növbədənkənar prezident seçkilərinə hazırlaşır. 2024-cü il, fevral ayının 7-də baş tutacaq bu dəfəki seçkilərdə də Azərbaycan xalqının ictimai-siyasi sabitlik və iqtisadi inkişafa səs verəcəyi şübhə doğurmur.

Newscenter.az xəbər verir ki, elə Yeni Azərbaycan Partiyasının üzvü Fahirə Qasımova da bu qənaətdədir. Onun sözlərinə görə, ölkəmizin siyasi cəhətdən artıq sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi, iqtisadiyyatımızın artması Azərbaycana investisiya qoyuluşuna marağı daha da artırdı:

"Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin gerçəkləşməsində mühüm rol oynayır. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox sərmayə yatırılıb. 2004- 2021- ci illərdə ölkəyə 142 milyard dollar həcmində xarici investisiya qoyulub".

Hakim partiya üzvü deyib ki, İlham Əliyevin prezidentliyi müddətində qeyri- neft- qaz sahələrinə yönəldilən investisiyalar isə 7.2 dəfə artıb. Bununla da həmin dövrdə qeyri- neft- qaz sektoruna 200 milyard dollar həcmində investisiya yatırılıb.

Fahirə Qasımova
Xəbəri paylaş