Azərbaycan növbədənkənar prezident seçkilərinə hazırlaşır. 2024-cü il, fevral ayının 7-də baş tutacaq seçkilərdə xalqın mütləq əksəriyyətinin Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəyi şübhə doğurmur. Elə Yeni Azərbaycan Partiyasının üzvü Anar Məmmədov da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, hakim partiya üzvü deyib ki, bütün dövrlərdə, o cümlədən Vətən Müharibəsi dövründə xalqın öz prezidentinin yanında durduğu sübuta yetirildi:
"Xalq ən çətin məqamda öz lideri ətrafında daha sıx birləşir, Onun siyasətini daha böyük qətiyyətlə və əzmlə müdafiə edir. Ona görə də, xarici qüvvələrə arxalanıb, pozuculuq aktları planlaşdırmağa hazırlaşan dağıdıcı müxalifətə ən layiqli cavabı elə xalq verəcək".
Anar Məmmədov deyib ki, sağlam rəqabətin əvəzinə təxribatları seçən destruktiv müxalifət bir daha xarici qüvvələrə xidmət etdiyini sübuta yetirir:
"Boykot siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır".
Anar Əliyev