"30-a yaxın ölkə BRİKS-ə yaxınlaşmağa və assosiasiya ilə tərəfdaşlıq əlaqələri qurmağa çalışır".
Newscenter.az "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib. Rusiya xarici siyasət idarəsinin rəhbəri deyib ki, BRİKS-in həqiqətən demokratik əsasda, qarşılıqlı hörmət əsasında işlədiyi şəraitdə çoxları ona yaxınlaşmaq istəyir.
O əlavə edib ki, Rusiya BRİKS-in çoxqütblü dünyanın sütunlarından biri kimi öz mövqeyini möhkəmləndirməsi üçün fəaliyyətini davam etdirəcək.
Nazir Rusiyanın 2024-cü ildə BRİKS-ə sədrliyinə toxunaraq deyib ki, təşkilatda Rusiya sədrliyi zamanı ölkənin onlarla şəhərində siyasi, iqtisadi və sosial mövzularda iki yüzdən çox tədbir keçirilməsi nəzərdə tutulur.
Anar TAĞIYEV