Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 436,7 milyon manat kredit verilib.
Newscenter.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 29,2 % artaraq 452,6 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 1,3 % azalaraq 370 milyon manata, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 87,6 milyon manata düşüb.
Natiq Orucov