Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, Putinin Qərbə iqtisadi güc nümayişi idi

Bu, Putinin Qərbə iqtisadi güc nümayişi idi



“Rusiya Federasiyasının prezidenti Vladimir Putinin MDB dövlət başçılarının bu il üçün Sankt Peterburqda son zirvəsini keçirməsi əslində Kreml rəhbərinin Qərbə iqtisadi güc nümayişi idi. Elə zirvə görüşündə Putinin əsas diqqəti məhz iqtisadi sferaya yönəltməsi də belə deməyə əsas verir”.

Newscenter.az xəbər verir ki, bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, Qərbin artan sanksiyaları və iqtisadi məhdudiyyətlərinə Rusiya MDB-ni gücləndirmək, eyni zamanda milli valyutalarla satış həyata keçirib dollari dəyərdən salmağı hədəfləyib:

“Görünən odur ki, hələlik Rusiya buna nail olur. Əslində iqtisadi sahədə əlaqələri inkişaf etdirmək elə MDB-yə üzv ölkələr üçün də sərfəlidir. Çox güman ki, Putinin iqtisadi proqramı işə yarıyacaq və bu da Qərb üçün heç də arzuedilməyən bir situasiya olacaq”.

Mehman Mehdiyev
Xəbəri paylaş