Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran xarici işlər naziri Ermənistana gedəcək

İran xarici işlər naziri Ermənistana gedəcək


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Ermənistana səfər edəcək.

Newscenter.az "Sputnik Armeniya"ya istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan X sosial şəbəkəsində məlumat verib.

İranlı nazirin dekabrın 27-də Ermənistana gedəcəyi qeyd olunur. Səfər çərçivəsində onun erməni həmkarı Ararat Mirzoyanla görüşü nəzərdə tutulub. Bundan sonra birgə mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan sonuncu dəfə 2022-ci ilin oktyabrında Ermənistana səfər edib.

S.İsmayılbəyli
Xəbəri paylaş