"Zelenski başa düşür ki, danışıqların vaxtı çatıb. Bu, yeganə şansdır”.
Newscenter.az İzvestiyaya istinadən bildirir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib.
Belarus prezidenti bildirib ki, Ukrayna lideri Vladimir Zelenski münaqişəyə son qoymaq üçün siyasi yolun qaçılmazlığını anlamağa başlayıb. Bu barədə siyasətçi Sankt-Peterburqda jurnalistlərə bildirib.
Lukaşenkonun sözlərinə görə, 2024-cü ildə siyasi həll yolunun tapılması Ukrayna prezidenti üçün münaqişəni sülh yolu ilə bitirmək üçün yeganə şansdır. Siyasətçi əlavə edib ki, Kiyevdə bundan istifadə etməsələr, ölkə dağılacaq.
Qərb siyasətçiləri Ukrayna ilə bağlı sülh danışıqlarına çağırır
Nümayəndələr Palatasının üzvü Matt Gaetz deyib ki, Vaşinqton Zelenskini sülh danışıqlarına inandırmalıdır. Onun sözlərinə görə, ABŞ hakimiyyəti Ukraynaya kifayət qədər pul göndərib.
Anar Əliyev