Naxçıvan Dövlət Universitetinin Simfonik orkestri Türkiyə səfərindən sonra Bakıda konsert proqramı ilə çıxış etməyə hazırlaşır.
Bu barədə Newscenter.az-a məlumat verən Simfonik orkestrin üzvü, Naxçıvan Dövlət Universitetinin müəllimi Sevinc Babayeva deyib ki, konsert proqramı dekabrın 29-u tarixində baş tutacaq.
"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq",-deyə Sevinc Babayeva bildirib.
Qeyd edək ki, bu günlərdə Naxçıvan Dövlət Universitetinin Simfonik orkestri Türkiyənin Van şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edib.
S.İsmayılbəyli