İsrail müharibəni davam etdirir və Qəzza zolağının cənubunda hərbi əməliyyatları genişləndirir.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
"Qəzza zolağının cənubunda və digər yerlərdə hərbi əməliyyatları genişləndirərək müharibəni davam etdiririk. Biz HƏMAS terrorçularına deyirik: sizi görürük və sizə çatacağıq", - Baş nazirin ofisi onun bəyanatını yayıb.
“Döyüşçülərimiz (Qəzza zolağında) yerin səthində, bəzən yerin altında döyüşür və bizim göydə də gözlərimiz var”, - Nazirlər Kabinetinin rəhbəri davam edib.
"Ən qabaqcıl texnologiyalardan istifadə də daxil olmaqla, sona qədər mübarizə aparırıq", - Netanyahu vurğulayıb.
Mehman Mehdiyev