"Ermənistanın baş naziri Nikol Paşinyana qarşı Moskvada isti münasibət göstəriləcəyi aydın məsələ idi".
Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov Paşinyanın Sankt-Peterburqa səfəri fonunda normallaşmaqda olan Rusiya-Ermənistan münasibətlərinin regiona mümkün təsirlərindən danışarkən səsləndirib. O bildirib ki, Ermənistanın Rusiyaya qarşı göstərdiyi reaksiyanın kökündə məlum məsələlərdən inciklik dayanır:
"Ermənistan heç vaxt bu regionda Rusiyasız mövcud ola bilməz. Rusiya da Ermənistanın hər bir nazına dözüb, bundan sonra da dözəcək. Bu baxımdan ki, Moskva Paşinyana etdikləri hərəkətlərə görə kəskin reaksiya göstərmədi və onu isti qarşıladı".
Azər Qasımov deyib ki.Paşinyan Moskvaya möhtacdır:
"Qış gəlir. Ermənistan qaz üçün Rusiyaya nisbətən mülayim yanaşmalıdır".
Anar Əliyev