Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Qərbin qəzəbinə tuş gələcək

Paşinyan Qərbin qəzəbinə tuş gələcək



“Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt-Peterburqa səfəri Rusiya prezidenti Vladimir Putinlə həddən artıq səmimi davranışı, bu ölkənin Avrasiya İqtisadi Şurasında fəaliyyətini davam etdirməsi Qərbdə heç də nornal qarşılanmayacaq. Ehtimal etmək Paşinyan Qərbin qəzəbinə tuş gələcək”.

Newscenter.az xəbər verir ki, bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupunun açıqlamasında yer alıb. Analitik Qrup iddia edir ki, Paşinyanın qarşısında Avrasiya İqtisadi Şurası və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq öhdəliyi qoyulmuşdu:

“Əvvəlcə erməni baş nazir həmin təlimata uyğun hərəkət etməyə çalışsa da, lakin sonrada əks reaksiya ortaya qoydu və nəticə etibarilə bu gün Sankt-Peterburqa gedərək Moskvanın yanında yer aldığını Qərbə göstərdi. Çox güman ki, bunun qarşılığında Paşinyan Qərbdən ciddi qulaqburması alacaq”.

Anar Əliyev
Xəbəri paylaş