Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində təmasları olub.
Newscenter.az "Sputnik Armeniya"ya istinadən bildirir ki, bu barədə bu barədə Ermənistan Nazirlər Kabinetinin rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryan “Armenpress”ə bildirib.
Liderlərinin təmaslarının qeyri-rəsmi formatda, ikitərəfli olaraq baş tutduğunu deyən Baqdasaryan, "Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələlərin müzakirəsi ikitərəfli formatda baş tutub”, - deyə bildirib.
S.İsmayılbəyli