Qahirədə yerləşən Misir Azərbaycan Dostluq Cəmiyyətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Qahirədə yaşayan soydaşlarımız və Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki kurslarda Azərbaycan dilini öyrənən tələbələrin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səslənib.
Tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən səfir Elxan Poluxov Ulu Öndər tərəfindən təhdid edilmiş bu bayram yalnız Azərbaycanlıların həmrəyliyi bayramı deyil, bu həmçinin dünyada Azərbaycanı sevən və özlərini azərbaycanlılara yaxın və dost hesab edən bütün insanların günüdür və bu mərkəzdə biz onları görürük. Bu hisslər əbədidir.
Tədbir iştirakçılarını salamlayan Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan Diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov son illərdə ölkələrimiz arasında əlaqələrin sürətli inkişafından, Azərbaycan diasporunun, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən bəhs edib.
Seymur Nəsirov 2023- cü il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə Dostluq Cəmiyyəti tərəfindən silsilə tədbirlər keçirildiyini iştirakçıların diqqətinə çatdıraraq və bu tədbirlərin gələn illərdə də davam etdirəcəyini qeyd etmişdir.
Sonra Misir Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili kursunun misirli müdavimləri, Azərbaycan dilində çıxışlar edərək ölkəmizi vəsf edən şeirlər söyləyiblər.
Süleyman